Sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü ilə bağlı açıqlama
Onun sözlərinə görə, akt öz təsdiqini taparsa daşıyıcı şirkət ciddi xəbərdarlıq almaqla yanaşı, xətdən 1 ay müddətinə uzaqlaşdırılacaq:
“Sərnişinlərimizdən ricamız, bu cür hallarla və digər qayda pozuntuları ilə rastlaşdıqları təqdirdə ilk növbədə hüquq-mühafizə orqanlarına və avtomobil nəqliyyatı ilə daşımaları tənzimləməkdə məsul qurum qismində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 566-52-58 nömrəli Çağrı Mərkəzinə müraciət etsinlər. Hadisəni telefonla qeydə aldıqdan sonra 1 ay məlum olmayan səbəblərdən gizli saxlayaraq yayımlamasınlar. Çünki bu zaman həm aidiyyatı qurumun faktı araşdırması üçün çətinlik yaranır, həm də sərnişinin (şikayətçinin) bizə məlum olmayan səbəblərdən dolayı bir ay faktı üzə çıxartmadığı aydın olur. Aidiyyatı üzrə araşdırılıb tədbir görülməsi üçün məlumatların birbaşa tərəfimizdən ötürülməsi üçün dəstəyiniz vacibdir”.
Azvision.az