Tərtərdə fitosanitar müşahidələr aparılıb

Tərtərdə fitosanitar müşahidələr aparılıb
  18 İyul 2019    Oxunub:1398
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Respublika ərazisində fitosanitar müşahidələr davam etdirilir. Növbəti fitosanitar müşahidələr Tərtər rayonunda dənli-paxlalı bitkilərin saxlanıldığı anbarlarda aparılıb və müvafiq maarifləndirici tədbirlər həyata keçirilib. Müşahidələr aparılan anbarların bəzilərindən zərərvericilərlə sirayətlənmə halları aşkar edilib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, bununla bağlı fumiqasiya tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb.

Fumiqasiya tədbirlərinin aparılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin fumiqasiya dəstəsinin əməkdaşları işə cəlb olunub, yaranmış problemlər aradan qaldırılaraq, gələcəkdə yarana biləcək məhsul itkisinin qarşısı alınıb.

Azvision.az


Teqlər: AQTA   Tərtər  





Xəbər lenti