Hərbçilərimiz Ordu Oyunları-2019-da iştirak edəcəklər

  19 İyul 2019    Oxunub : 787
Hərbçilərimiz Ordu Oyunları-2019-da iştirak edəcəklər
Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edəcəklər.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan hərbçiləri ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunacaq “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edəcək.

Azvision.az

Teqlər: OrduOyunları   MN