Respublikanın çaylarında mövcud vəziyyət

Respublikanın çaylarında mövcud vəziyyət
  19 İyul 2019    Oxunub:1620
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə , hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla olmaqla 30-80 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 110-140 faizini təşkil edir.
İyulun 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 83 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 40 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 112 m3/s olmaqla, ongünlük normadan az olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 55 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 49 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 40 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 9 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 10 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 43 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 318 sm təşkil edib. Bu rəqəm 2018-ci il iyulun 19-da isə 318 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 57 sm qeydə alınıb. 2018-ci il iyulun 19-da isə bu rəqəm 153 sm təşkil edib. Salyanda suyun səviyyəsi 1 sm azalıb və 69 sm olub.

Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 63 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 1 sm azalaraq 158 sm olub və bu göstərici 2018-ci il iyulun 19-da 171 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 3 sm azalaraq 27 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il iyulun 19-da isə 40 sm təşkil edib.

Azvision.az




Teqlər: Kür   Araz  





Xəbər lenti