Bakıda Dünya Dini liderlərinin ikinci zirvə görüşü keçiriləcək

   Bakıda Dünya Dini liderlərinin ikinci zirvə görüşü keçiriləcək
  20 İyul 2019    Oxunub:3449
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti ABŞ tərəfinin dəvəti ilə 17-18 iyul tarixlərində Vaşinqton şəhərində keçirilən din azadlığının irəlilədilməsi üzrə Nazirlər Konfransında iştirak edib.
Azvision.az xəbər verir ki, sözügedən konfransda 100-dən artlq dövlət və 10-dan çox beynəlxalq təşkilatın rəsmiləri iştirak etmiş, habelə dini liderlər və vətəndaş cəmiyyəti qrupları da cəlb olunub. ABŞ tərəfindən tədbirdə ABŞ-ın vitse-prezidenti Mayk Pens, dövlət katibi Mayk Pompeo və Dövlət Departamentinin din azadlığı üzrə xüsusi tapşırıqlar üzrə nümayəndəsi Səm Braunbek çıxış edib.



Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri Mübariz Qurbanlı öz şıxışında ölkəmizin dünyəvi dövlət olması, dövlət-din modeli, müxtəlif dini icmaların dostluq və mehribanlıq şəraitində birgə yaşadığı, cəmiyyətimizin tolerantlıq və mültikulturalizm ənənələrinin bir nümunə olduğunu vurğulayıb. O, həmçinin qeyd etmişdir ki, bu ənənələri daha da gücləndirmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ardıcıl siyasət həyata keçirilir və dini icmaların inkişafı üçün onlara maddi və praktiki yardımlar edilir.



Ölkəmizin beynəlxalq aləmdə nümunə modeli olduğunu söyləyən M.Qurbanlı anti-semitizmin olmadığı və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan Azərbaycan dinlərarası və sivilizasiyalararası dialoqun təşviq edən əsas dövlətlərdən biridir. M.Qurbanlı həmçinin cari noyabrda Azərbaycanın Dünya Dini liderlərinin ikinci zirvə görüşünü keçirəcəyini də vurğulayıb.



Bəzi münaqişələrin sonradan dini dona salınmasının yolverilməz olduğunu söyləyən M.Qurbanlı belə addımların qınanması və onların qarşısının alınmasının vacibliyini qeyd edib. O, dinlərin barış və sülhə töhfə verməli olduğunu, bu xüsusda xristian və müsəlman dini liderlərin Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən münaqişənin həllinə və bir milyonadək soydaşımızın öz doğma yurd-yuvalarına qayıtmasına yardım etməyə çağırıb.



Qeyd edək ki, Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti ABŞ rəsmiləri, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının müvəkkilləri, Macarıstan xarici işlər və ticarət naziri, habelə Qazaxıstan, Özbəkistan rəsmiləri, müxtəlif dini liderlər və tanınmış ictimai xadimlərlə görüşlər keçirib.




Azvision.az


Teqlər: ABŞ   Din  





Xəbər lenti