Bu gündən polis gücləndirilmiş iş rejiminə keçdi

   Bu gündən polis gücləndirilmiş iş rejiminə keçdi
  21 İyul 2019    Oxunub:1960
İyulun 21-dən Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib.

Azvision.az xəbər verir ki, ictimai qaydanın qorunması və təhlükəsizliyin təmini məqsədilə daxili işlər orqanlarının əməkdaşları yarışın keçirildiyi müddətdə gücləndirilmiş iş rejimində çalışacaqlar.
Təhlükəsizliyin təmini məqsədilə yarışların keçiriləcəyi əraziyə velosipedlər, skeytbordlar, skuterlər, təhqiredici, eləcə də təxribat xarakterli dini-siyasi şüarlar, narkotik tərkibli və psixotrop dərmanlar, soyuducu qutuları, piknik və böyük çantalar, zəhərli-toksiki və tezalışan mayelər və maddələr, ətrafa ziyan verə biləcək və ictimai narahatlıq yarada bilən cihazlar, spirtli içkilər, heyvanlar, içki konteynerləri, uşaq yeməkləri istisna olmaqla digər yeməklər, hər növ silahlar, fişənglər, fənərlər, lazer işıqları, musiqi alətləri və səs cihazları, videoçəkən cihazlar, obyektivi 30 santimetrdən uzun olan fotokameralar, stul, kürsü və dronlar gətirmək qadağandır.

Azvision.az



Teqlər: Polis   DİN  





Xəbər lenti