Jurnalistlər “Şirməmməd Hüseynov mükafatı” təsis etdi

Jurnalistlər “Şirməmməd Hüseynov mükafatı” təsis etdi
  22 İyul 2019    Oxunub:1544
Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri Milli Mətbuatımızın yaradılmasının 144-cü ildönümü ilə bağlı toplantı keçiriblər.
Azvision.az xəbər verir ki, toplantıda jurnalistika sahəsində baş verən yeniliklər, xüsusilə yeni medianın üstünlükləri ilə yanaşı mənfilikləri müzakirə olunub.

Müzakirələrdə jurnalistlər Şirməmməd Hüseynovun vəfatını mətbuat tariximizin ən böyük itkilərindən biri kimi dəyərləndirib.

PJB üzvləri “Şirməmməd Hüseynov mükafatı” təsis etməyi qərar veriblər.

Mükafatın Əsasnaməsi yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

Azvision.az




Teqlər: PJB   ŞirməmmədHüseynov   Mükafat  





Xəbər lenti