Sülhməramlılarımız Əfqanıstana yola salınıb - VİDEO+FOTOLAR

  23 İyul 2019    Oxunub : 1407
 Sülhməramlılarımız Əfqanıstana yola salınıb - VİDEO+FOTOLAR
NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.



Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.





Azvision.az

Teqlər: Əfqanıstan   Hərbçi