Ağstafada hərbi sursatlar tapılıb - FOTO
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis şöbəsinin əməkdaşları yuxarıda adı qeyd olunan ərazidə məişət tullantıları sahəsinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd təlim məqsədli mərmilər (1 ədəd 100 mm-lik top mərmisi (BR-412), 1 ədəd 85 mm-lik top mərmisi (BR-365K), 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 1 ədəd 30 mm-lik silah qumbarası (VUS-17)) aşkar olunmuş, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərmilərin ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Azvision.az