Xəstəxanaya atılan uşaqlar atalarına təhvil verilib

  23 İyul 2019    Oxunub : 1232
 Xəstəxanaya atılan uşaqlar atalarına təhvil verilib
İyulun 22-də Tərtər rayonunun Şıxlar kənd sakinləri Allahverdi Muradovun və həyat yoldaşı Tamara Muradovanın ailə münaqişəsi zəminində valideyn himayəsindən məhrum nəvələri - 2011-ci il təvəllüdlü İlkin Quliyevi (ad-soyad şərtidir) və altı aylıq körpə Rza Quliyevi (ad-soyad şərtidir) həyat və sağlamlıqları üçün təhlükəli vəziyyətdə qoyaraq Bərdə Rayon Uşaq Xəstəxanasının dəhlizinə atıb getmələri faktı ilə bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsi ilə cinayət işi başlanıb, istintaqının aparılması rayon polis şöbəsinin istintaq bölməsinə tapşırılıb.
Azvision.az -ın məlumatına görə, Bərdbə Rayon Prokurorluğundan bildirilib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər müəyyənləşdirilərək dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Rayonun hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində dərhal uşaqların atasının yeri və şəxsiyyəti müəyyənləşdirilib. Hər iki uşaq ataları Sərxan Kərimova təhvil verilib. Hazırda uşaqların səhhəti normaldır.

Cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılaraq təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: Bərdə   Xəstəxana