Rusiyadan alınan daha 2 qatar Bakıya gətirildi

   Rusiyadan alınan daha 2 qatar Bakıya gətirildi
  24 İyul 2019    Oxunub:2516
“Bakı Metropoliteni" QSC-nin Rusiyadan aldığı daha iki qatar Azərbaycana gətirilib.

Azvision.az xəbər verir ki, hər biri 5 vaqondan ibarət olan yeni qatarlar hazırda "Keşlə" stansiyasındadır.
Gün ərzində qatarlar "Bakı Metropoliteni" QSC-nin qatar deposuna aparılacaq.



Qeyd edək ki, "Bakı Metropoliteni" QSC bu il Rusiyadan 6 qatar alıb. Onlardan 4-ü Bakıya gəlib. Avqust ayında daha 2 qatar ölkəmizə gətiriləcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro   Qatar  





Xəbər lenti