Bəzi marşrutların hərəkət istiqaməti dəyişdi

   Bəzi marşrutların hərəkət istiqaməti dəyişdi
  24 İyul 2019    Oxunub:1629
Bakıda bəzi marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurban küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər.

Dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvəddədir.

Azvision.az


Teqlər: Marşrut   BNA  





Xəbər lenti