İngilislərin Xaçmazda tikdiyi 121 yaşlı vağzal - FOTOREPORTAJ

 İngilislərin Xaçmazda tikdiyi 121 yaşlı vağzal -  FOTOREPORTAJ
  24 İyul 2019    Oxunub:24207
Xaçmaz Dəmiryol Stansiyası 1898-ci ildə inşa edilib. Vağzal binası özünəməxsus memarlığı və tarixi ilə seçilir. Hazırda Xaçmaz vağzalı fəaliyyətini davam etdirir və minlərlə insan bu stansiyadan istifadə edir.
Deyilənə görə, Zaqafqaziyada çəkilən ilk dəmiryollarındandır. Belə ki, Quba quberniyasından məktubla Çara müraciət edərək dəmiryollarının buradan keçməsini xahiş ediblər. XIX əsrin ikinci yarısında kapitalizmin inkişaf etməsi ilə Qafqazdakı təbii zənginliklərin Rusiyaya daşınması üçün əlverişli və sürətli nəqliyyat vasitəsinə yaranan zərurətdən irəli gələrək və relyef uyğun olduğuna görə Xaçmazdan dəmiryolu çəkilib. Vağzal binasının ingilis mütəxəssislər tərəfindən tikildiyi bildirilir. İddialara görə, vağzalın tikintisində fəhlə kimi almanlardan istifadə edilib.

Azvision.az-ın Xaçmaz vağzalından hazırladığı fotoreportajı təqdim edirik:































FOTO: Şahin Sərdarov
Azvision.az


Teqlər: Xaçmaz   Vağzal  





Xəbər lenti