Müəllimlərin işə qəbulu imtahanlarının son günü

Müəllimlərin işə qəbulu imtahanlarının son günü
  24 İyul 2019    Oxunub:1296
Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verəcək.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, imtahanlarda 3279 namizədin iştirakı gözlənilir.

Xatırladaq ki, bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.

Bugünədək keçirilən imtahanlarda 39 mindən çox namizəd iştirak edib. İmtahanlar ərzində ən yüksək nəticə kimya fənni üzrə 60 bal olub.

Azvision.az


Teqlər: İmtahan   Müəllim   Təhsil  





Xəbər lenti