“Neftçi”nin reysi gecikdi, başqa təyyarə ayrıldı

“Neftçi”nin reysi gecikdi, başqa təyyarə ayrıldı
  24 İyul 2019    Oxunub:2004
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Moskva üzrə hərəkəti gecikəcən aviareysi saat 11:30-da Bakıdan Moskvaya yola salınacaq.

Bu barədə Azvision.az -a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. Onun sözlərinə görə, Bakıdan Moskvaya 06:50-də uçmalı olan reys texniki problemlər səbəbindən gecikib.
“Reys üzrə uçuşun həyata keçirilməsi üçün AZAL tərəfindən başqa təyyarə ayrılıb və hava gəmisi saat 11:30-da Bakıdan Moskvaya yola salınacaq”.

Qeyd edək ki, həmin təyyarənin sərnişinləri arasında "Neftçi" klubunun futbolçuları və rəhbər heyəti də olub.

Aytən Zəhra
Azvision.az



Teqlər: AZAL  





Xəbər lenti