Qarabağda erməni əsgərin ölümünün təfərrüatı - Yenilənib

 Qarabağda erməni əsgərin ölümünün təfərrüatı -  Yenilənib
  24 İyul 2019    Oxunub:5085
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun əsgəri Volodya Qaloyanın ölümünün təfərrüatı məlum olub.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan İstantaq Komitəsinin araşdırmasına əsasən, Qaloyan xidmətdə olan vaxt şəxsi mübahisə zəminində avtomatla hərbi qulluqçunu öldürmək istəyib.
O, atəş açdıqdan sonra qaçmağa çalışıb. Daha sonra Qaloyanın cəsədi aşkar edilib. İddia edilir ki, erməni əsgər ona təhkim olunmuş silahla özünü öldürüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Daha öncə Qaloyanın əsgər yoldaşı tərəfindən güllələnməsi barədə məlumatlar yayılmışdı.

Azvision.az



Teqlər: Qarabağ   Əsgər   Erməni  





Xəbər lenti