Prezident federasiya rəhbərini qəbul edib - Yenilənib

 Prezident federasiya rəhbərini qəbul edib -  Yenilənib
  24 İyul 2019    Oxunub:2125
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Beynəlxalq Astronavtika Federasiyasının prezidenti, Fransa Kosmik Agentliyinin rəhbəri Jan-İv Lö Qalı qəbul edib.
Azvision.az xəbər verir ki, görüşdə Azərbaycanda kosmik sənayenin inkişafında əldə edilən uğurlar qeyd olunub, yüksək texnologiyaların, o cümlədən kosmik sənayenin ölkəmizdə prioritet sahələrdən biri olduğu bildirilib, Azərbaycanın artıq üçüncü süni peykinin orbitə buraxılması mühüm hadisə kimi dəyərləndirilib və ölkənin dünya kosmik ailəsinin üzvü olmasının əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye sahəsində uğurla inkişaf etdiyi bildirilib, eyni zamanda, ölkəmizin Beynəlxalq Astronavtika Federasiyası ilə də əməkdaşlığının genişləndirilməsindən məmnunluq ifadə olunub.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti