Bakcell “Təhsil avtobusu – Nəsimi” yay məktəbinə dəstək verdi
“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi və digər şirkət və təşkilatların tərəfdaşlığı ilə həyata keçirilib.
Bakcell şirkəti ənənəvi olaraq layihə ərzində iki min kilometrdən çox məsafə qət etmiş “təhsil avtobusu”nda yüksək sürətli internet bağlantısını da təmin edilib.
Uşaqların inkişafı və təhsilini xüsusi diqqət mərkəzində saxlayan Bakcell şirkətinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Xatırladaq ki, ilin əvvəlində Təhsil Nazirliyi, Bakcell və “AzEduNet” şirkətləri arasında əməkdaşlıq protokolu imzalanıb. Bu əməkdaşlığın məqsədi ucqar kəndlərdə yerləşən 700-ə qədər ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində hər ümumtəhsil müəssisəsi Bakcell şirkəti tərəfindən təmənnasız olaraq 3 il müddətində inzibati-idarəetmə məqsədləri üçün aylıq internet trafiki və data kartla təmin edilir.
Azvision.az
Teqlər: Bakcell