Sami Yusuf Prezidentin fəxri diplomu ilə təltif edildi

   Sami Yusuf Prezidentin fəxri diplomu ilə təltif edildi
  01 Avqust 2019    Oxunub:6846
Prezident İlham Əliyev UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, 2019-cu il 30 iyun –10 iyul tarixlərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş bir qrup şəxs “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, təltif olunanlar arasında tanınmış müğənni Sami Yusuf da var.

Azvision.az



Teqlər: Sami-Yusuf   Prezident  





Xəbər lenti