Yevlaxda bir nəfər Kürdə batıb

Yevlaxda bir nəfər Kürdə batıb
  02 Avqust 2019    Oxunub:2038
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az




Teqlər: Yevlax   FHN  





Xəbər lenti