Cəbhəboyu zonada təlim-metodiki məşğələlər keçirilib - VİDEO

Cəbhəboyu zonada təlim-metodiki məşğələlər keçirilib -   VİDEO
  02 Avqust 2019    Oxunub:1766
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və ön xətt bölmələrində komandir-rəis heyəti ilə ideoloji iş və mənəvi-psixoloji təminatın, eləcə də hərbi intizamın möhkəmləndirilməsi sahəsində işin səmərəliliyinin artırılması məqsədilə təlim-metodiki məşğələlər keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, keçirilən məşğələlərdə və aparılan müzakirələrdə komandir-rəis heyətinə ideoloji iş və mənəvi-psixoloji təminat sahəsində rəhbər sənədlərin hazırlanması, həmçinin onların icrası ilə bağlı nəzəri və praktik köməklik göstərilib.



Cinayət və digər hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin effektivliyinin artırılması üçün müvafiq tövsiyələr verilib.

Azvision.az


Teqlər: Məşğələ   Cəbhəboyuzona  





Xəbər lenti