General bölmələrin qışa hazırlığını yoxladı - FOTOLAR

 General bölmələrin qışa hazırlığını yoxladı -  FOTOLAR
  02 Avqust 2019    Oxunub:2699
Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi heyət və hərbi birliyin komandanlığı cəbhəboyu zonada hündür dağlıq ərazi və sərt iqlim şəraitində yerləşən bölmələrdə olub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, səfər zamanı bölmələrin qışa hazırlıq işlərinin keyfiyyəti, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatı yoxlanılıb.



Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan nazir müavini qış dövrünə zəruri hazırlıq işlərinin görülməsi ilə əlaqədar müvafiq xidmətin daha keyfiyyətli təşkili ilə bağlı Müdafiə nazirinin tələblərini vəzifəli şəxslərə çatdırıb və konkret tapşırıqlar verib.















Azvision.az


Teqlər: MN   Ordu   Qış   Hazırlıq  





Xəbər lenti