Bal, enerji və spirtli içkilər - “Qırmızı Körpü”də əməliyyat
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin ön hissəsində yerləşən ehtiyat təkərin içərisində, sağ arxa təkərin üzərində yerləşən gizli saxlanc və yük yerində 40 kiloqram bal, 768 ədəd 250 qramlıq “Red Bull” markalı enerji içkiləri, 82 ədəd 330 qramlıq “Corona Extra” markalı spirtli içkilər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: DGK Gömrük Əməliyyat Komitə