Şair Oqtay Rza vəfat edib

  18 Avqust 2019    Oxunub : 1217
 Şair Oqtay Rza vəfat edib
Azərbaycanın tanınmış şairi Oqtay Rza vəfat edib.
Azvision.az xəbər verir ki, şair 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Oqtay Rza 1934-cü ilin noyabrın 2-də Salyan rayonunun Qalalı kəndində anadan olub. Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası alıb.

Sovet dövründə elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alıb. Əsərləri xarici mətbuatda dərc edilib. "Kamennıy Svetilnik" şeirlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılıb.

Müəllifin 12 kitabı nəşr edilib. Şairin “Ürəyimi oxuyun”, “Yasəmən çiçəkləyəndə”, “Rabi karvanı-dördlük çələngi” kitabları daha oxucuların rəğbətini qazanıb.

Azvision.az

Teqlər: Şair   Oqtay-Rza