Nazirlik pilotun axtarışında iştirak edənlərə təşəkkür etdi

  20 Avqust 2019    Oxunub : 879
Nazirlik pilotun axtarışında iştirak edənlərə təşəkkür etdi
Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğradığı ilk gündən pilotun nəşi və təyyarənin qalıqlarının axtarışlarında fəal iştirak edən aidiyyəti qurumların nümayəndələrinə təşəkkürünü bildirib.
Azvision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, axtarış əməliyyatlarına Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri ilə birgə Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları və katerləri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Vaqif Cəfərov” kran, “Nefteqaz-58” təchizat-yedək, “Məmməd Süleymanov” elmi-tədqiqat gəmilərinin heyətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dalğıcları cəlb olunmuşdular.

Azvision.az

Teqlər: MN   Təşəkkür