“Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı” - FOTO

  21 Avqust 2019    Oxunub : 3252
 “Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı” - FOTO
Hərbi pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin atası Saləddin Atakişiyev təyyarənin qəzaya uğraması nəticəsində həlak olan oğlunun nəşinin axtarışlarının təxrəsalınmaz tədbirlərlə aparıldığına və dəfnin əsgəri ənənələrə uyğun yüksək səviyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Azvision.az -ın məlumatına görə, pilotun atası Rəşad kimi oğulla fəxr etdiyini deyib: "Qürur duyuram ki, bu gün onun cənazəsi üzərinə üçrəngli Azərbaycan bayrağı sərilib. Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı. Nə etməli ki, bu ona qismət olmadı. Mən bu gün sizin qarşınızda bir daha söz verirəm ki, iki oğlumla birlikdə Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazıram. Vətən sağ olsun!, Allah bütün şəhidlərimizə rəhmət eləsin”.





Azvision.az

Teqlər: Şəhid   Pilot