Qubada qazın verilişi dayandırıldı

Qubada qazın verilişi dayandırıldı
  28 Avqust 2019    Oxunub:997
Bu gün Quba şəhəri və bir neçə kənddə qazın verilişində məhdudiyyətlər olacaq.
Bu barədə Azvision.az -a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, saat 09:30-dan Quba şəhəri və bir neçə kənddə yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, aşkar olunmuş sızmaların ləğvi, abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi və s. ilə bağlı qazın verilişində məhdudiyyətlər yaranıb.

Azvision.az



Teqlər: Azəriqaz   Quba  





Xəbər lenti