150 alman şirkətinə Azərbaycan turizmi təqdim ediləcək
150-yə yaxın Almaniya şirkətinin qatılacağı görüşlər zamanı Almaniya şirkətləri ilə qarşılıqlı fikir mübadiləsi aparılacaq və gələcək əməkdaşlıq imkanları qiymətləndiriləcək.
Qeyd edək ki, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanı 1,8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk 7 ayı ilə müqayisədə 122 min və yaxud 7,4% çoxdur.
Ən böyük artım 76 min və ya 23% daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub. Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39% və 44% artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4% artıb.
Azvision.az
Teqlər: Turizm Azərbaycan