Azərbaycanda zəlzələ olub

  06 Sentyabr 2019    Oxunub : 732
Azərbaycanda zəlzələ olub
Sentyabrın 6-da Cəlilabad seysmoloji stansiyasından 14 kilometr cənubda - Cəlilabad rayonunda maqnitudası 3 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azvision.az -a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 10:41:04-də qeydə alınıb. Ocağı 24 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub.

Azvision.az

Teqlər: Zəlzələ