“Onların qarşısında heç kim duruş gətirə bilməz” - Əli Əhmədov

  09 Sentyabr 2019    Oxunub : 1859
“Onların qarşısında heç kim duruş gətirə bilməz” - Əli Əhmədov
"Dünən hərbi hissəyə getdim. Əsgərlərimizlə görüşdüm. Onlarla bir yerdə yemək yedik. Bir daha Ordumuzla, qəhrəman əsgərlərimizlə qürur duydum. Onlar əsl igidlərdir. Məlum aprel döyüşlərini yaradan igidlər".
Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

Ə.Əhmədov vurğulayıb ki, bu cəngavərlərin qarşısında heç kim duruş gətirə bilməz: "Azərbaycan fəxr edə bilər ki, belə ordumuz, belə qəhrəman əsgərlərimiz var. Bu cəngavərlərin qarşısında heç kim duruş gətirə bilməz. Ermənilər də bilir. Ona görə də siyasi şoular təşkil edir, zəiflik, gücsüzlük kompleksini ört-basdır etməyə çalışırlar. Yazıqlar olsun ki, xaricdə sığınacaq tapmış müxalifət nümayəndələri Ordumuzla fəxr edib, qürur duymaq əvəzinə Ermənistana və onun prezidentinə heyranlıqlarını gizlədə bilmirlər. Onlara nə ad verək, əziz dostlar, bəlkə siz deyəsiniz".



Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın geri qaytarılması heç kimdə sübhə doğurmasın: "Münaqişəni həll etmək üçün danışıqlar prosesində iştirak etməyimiz, danışıqların uzanması belə şübhələrin yaranmasına rəvac verə bilməz və verməməlidir. Çünki son sözü Azərbaycan əsgəri, Azərbaycan Ordusu və Azərbaycanın Ali Baş Komandanı deyəcək. Eşq olsun Azərbaycan əsgərinə".

















Azvision.az

Teqlər: YAP   Əli-Əhmədov   Ordu