İki prospekti birləşdirən küçələr yenidən qurulur

  19 Sentyabr 2019    Oxunub : 803
İki prospekti birləşdirən küçələr yenidən qurulur
Cari ilin əvvəlindən Xətai rayonu üzrə təmir-tikinti işləri çərçivəsində 14 kilometr uzunluğa malik 7 küçədə təmir-tikinti işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, həmin küçələr bunlardır - Aşıq Ələsgər küçəsi (0,8 kilometr), Mehmandarov küçəsi (3,2 kilometr), Neapol küçəsi (0,8 kilometr), Aşıq Qurban küçəsi (0,9 kilometr), Levanovski küçəsi (1,5 kilometr), Mingəçevir küçəsi (5,8 kilometr), Yavər Əliyev küçəsi (0,7 kilometr). “NZS” qəsəbəsində isə 9 kilometr uzunluğa malik küçədə təmir işləri tamamlanıb. Hazırda “NZS” qəsəbəsinin Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinə başlanılıb. Küçələrin ümumi uzunluğu 4,2 kilometr təşkil edir. Sözügedən küçələr “NZS” qəsəbəsinin mərkəzi küçələri olmaqla Nobel və Babək prospektlərini birləşdirir.

Təmir işləri ilə əlaqədar S.Əhmədov və O.Vəliyev küçələri boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq. Xətai rayonu üzrə digər küçə və yollarda da təmir işlərinin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində təqribən 12 kilometr uzunluğa malik daha 11 küçədə təmir-tikinti işlərinə başlanması nəzərdə tutulur.

Azvision.az

Teqlər: Yol   Küçə   Prospekt   b