DSX-nin sərhəd döyüş mövqelərinə qarşı düşmən təxribatı - FOTO

   DSX-nin sərhəd döyüş mövqelərinə qarşı düşmən təxribatı -    FOTO
  21 Sentyabr 2019    Oxunub:12508
Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.
DSX-nin Mətbuat Mərkəzindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 20-si saat 13:20 radələrində sərhəd döyüş mövqe­lərimiz və təminat yollarının salınması ilə məşğul olan eksko­vato­ru düşmən tərə­findən atə­şə tutul­ub.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.



Azvision.az


Teqlər: DSX   Düşmən   Təxribat  





Xəbər lenti