Gömrükdən qanunsuz noutbuk keçirmək istədi

Gömrükdən qanunsuz noutbuk keçirmək istədi
  24 Sentyabr 2019    Oxunub:1659
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mitsubishi Pajero" markalı minik maşını ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, şifahi sorğu-sual edilən zaman vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, avtomobilə baxış zamanı oturacaqların altında gizlədilən, üzərində "MacBook Pro" yazısı olan 4 ədəd noutbuk aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   DGK   Noutbuk  





Xəbər lenti