Azərbaycan kəlağayısı və Qarabağ atları İstanbulu fəth etdi - FOTOLAR
4 gün ərzində tədbirləri Türkiyənin müxtəlif bölgələri ilə yanaşı dünyanın bir sıra ölkələrindən gəlmiş ümumilikdə 1 milyondan artıq insan izləyib.
Azərbaycan Respublikasınln Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti və ali dəstəyi sayəsində qorunub saxlanılan və ardıcıl surətdə inkişaf etdirilən Qarabağ atlarının bu tədbirdə iştirakı xüsusilə əlamətdar olub.
“Bir millət, iki dövlət” şüarı altında təqdim olunan “Azərbaycan kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya Azərbaycan kəlağayısının ecazkar gözəlliyini, milli-mədəni sərvətlərimiz sayılan və heyrətamiz xüsusiyyətləri ilə seçilən Qarabağ atlarının bənzərsizliyini ifadə etməklə tamaşaçıların böyük marağına səbəb olmuş və xüsusi zövqlə izlənilib.
Tədbirin sonunda iştirakçılar xüsusi medallar və fərmanlarla təltif ediliblər. Azərbaycan təmsilçilərinə mükafatları Türkiyə Cumhuriyyətinin vitse-prezidenti Fuad Oqtay təqdim edib.
Azvision.az
Teqlər: Kəlağayı Qarabağ-Atları İstanbul