Qazaxıstan səfiri Mədət Quliyevlə görüşüb

Qazaxıstan səfiri Mədət Quliyevlə görüşüb
  25 Oktyabr 2019    Oxunub:1633
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşüb.
Bu barədə Azvision.az -a Qazaxıstanın Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər hərbi-texniki sahədə əməkdaşlığın inkişafı ilə bağlı yüksək səviyyədə əldə olunan razılaşmanın həyata keçirilməsi məsələsini müzakirə ediblər.

Görüş Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayevin 29-30 oktyabr 2019-cu il tarixində Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməsi üçün Azərbaycana edəcəyi səfər öncəsi baş tutub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan   Səfir   Mədət-Quliyev  





Xəbər lenti