Milli Məclisdə büdcə müzakirələri başladı

  05 Noyabr 2019    Oxunub : 859
 Milli Məclisdə büdcə müzakirələri başladı
Milli Məclisdə 2020-ci ilin büdcə zərfinin müzakirələri başlayıb.
Azvision.az xəbər verir ki, gələn ilin büdcəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında müzakirə olunur.

Büdcəyə növbəti günlərdə digər komitələrdə də baxılacaq.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat proqnozlaşdırılır.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Büdcə   MilliMəclis