Yevlaxda gənc qadın doğuş zamanı ölüb

  10 Noyabr 2019    Oxunub : 1294
 Yevlaxda gənc qadın doğuş zamanı ölüb
Yevlaxda doğuş zamanı ana ölümü faktı qeydə alınıb.
Azvision.az APA-ya istinadən xəbər verir ki, 23 yaşlı Tanrıqulular kənd sakini Gülanə Həmzəyeva Yevlax Rayon Mərkəzi Xəstəxanasında qız uşağı dünyaya gətirib. Ancaq ana doğuş zamanı həyatını itirib.

Bu, G. Həmzəyevanın ikinci övladıdır. Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Azvision.az

Teqlər: Yevlax   Doğuş   Ana   Ölüm