Göygöldə evdən oğurluq olub

Göygöldə evdən oğurluq olub
  11 Noyabr 2019    Oxunub:1615
Göygöldə evdən 5 min manatlıq qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisindəki evlərin birindən 400 manat pul, 5000 manat dəyərində qızıl-zinət əşyaları və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ü.Novruzov və R.Ələkbərov saxlanılıblar.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti