Psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək

  18 Noyabr 2019    Oxunub : 1195
Psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək
Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, diaqnostik qiymətləndirilmənin dekabr ayında keçirilməsi nəzərdə tutulub.

Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Azvision.az

Teqlər: Təhsil   Psixoloq