İki mindən artıq məhkuma elektron qolbaq tətbiq edilib

İki mindən artıq məhkuma elektron qolbaq tətbiq edilib
  22 Noyabr 2019    Oxunub:2103
Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası çərçivəsində görülən tədbirlər öz real bəhrəsini verir, artıq azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə üstünlük verilərək onların səmərəli icrası təmin edilir.
Azvision.az xəbər verr ki, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib. O bildirib ki, ötən dövrdə cinayət qanunvericiliyinin dekriminallaşması nəticəsində 6.400-ə yaxın məhkum cəzadan tamamilə azad olunub və ya cəzası yüngülləşdirilib, istintaq təcridxanalarına daxil olan həbs edilən şəxslərin sayı isə 20 faizədək azalıb.

"Eyni zamanda, azadlıqdan məhrumetməyə alternativ cəzaların, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənərək bu günədək 2.000-dən artıq məhkuma elektron qolbaqlar tətbiq edilib".

Azvision.az


Teqlər: Məhkum   Ədliyyə  





Xəbər lenti