“Vito” “Shacman”la toqquşub - Ölən və yaralı var

  23 Noyabr 2019    Oxunub : 1832
“Vito” “Shacman”la toqquşub - Ölən və yaralı var
Noyabrın 22-də saat 5 radələrində Sumqayıt şəhəri ərazisində Zaqatala rayon sakini Ş.Abramov idarə etdiyi “Mercedes-Benz V 220” markalı avtomobili yolun üzərində aşmış vəziyyətdə olan “Shacman” markalı avtomobilə vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə onun sərnişinlərindən 30-35 yaşlı qadın hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdiriliib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN