Albaniyada güclü zəlzələ: Yüzlərlə insan zərər çəkib

  26 Noyabr 2019    Oxunub : 1540
 Albaniyada güclü zəlzələ: Yüzlərlə insan zərər çəkib
Albaniyada güclü zəlzələ baş verib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində yüzlərlə insan zərər çəkib. Dağıntıların olduğu bildirilir.

Zəlzələ paytaxt Tirana yaxınlığında 6.4 bal gücündə qeydə alınıb.

Yerli KİV-in məlumatına görə, güclü yeraltı titrəyişlər birbaşa paytaxtda, eləcə də episentrə ən yaxın olan Durres şəhərində hiss olunub. Tiranadan 30 kilometr aralıda, Durres yaxınlığındakı Kavaya şəhərində iki yaşayış binası çöküb.

Yüzlərlə insan xəstəxanalara müraciət edib, onların dəqiq sayı hələlik məlum deyil.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Albaniya   Zəlzələ