Bibiheybətdə uçqunun fəsadları aradan qaldırılır

  27 Noyabr 2019    Oxunub : 1755
 Bibiheybətdə uçqunun fəsadları aradan qaldırılır
Bibiheybət məscidi yaxınlığında baş vermiş uçqunun fəsadlarının aradan qaldırılmasına başlanılıb.

Bunu Azvision.az -a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Onun sözlərinə görə, uçqun nəticəsində sürüşən kütlə ərazidən götürülür: “Asfalt qaşınır, sürüşən kütlə böyük yük maşınları ilə daşınır”.

Qeyd edək ki, son günlər aramsız yağan yağışlar nəticəsində Bibiheybət məscidindən şəhər istiqamətində gedən magistral yolda uçqun tipli çökmə prosesi baş verib. Sürüşmə 300 metrdən artıq ərazini əhatə edb. Hadisə nəticəsində küçədə hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı avtomobil torpaq qatının altında qalıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Uçqun