Nazirlik FAO ilə birlikdə Dövlət Proqramı hazırlayıb

  04 Dekabr 2019    Oxunub : 1056
Nazirlik FAO ilə birlikdə Dövlət Proqramı hazırlayıb
"Azərbaycanda akvokulturanın beynəlxalq standartlara cavab verməsi üçün müvafiq addımlar atılır. Bu spesifik sahəsin inkişaf etdirilməsi ilə bağlı Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə Dövlət Proqramı hazırlanıb".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Kənd Təsərrüfatı Nazirlərinin 6-cı iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan akvokulturanın inkişaf etdirilməsində maraqlıdır. Onun sözlərinə görə, bu sənayenin inkişaf etdirilməsi üçün ölkədə böyük potensial var.

"Balıqçılıqdan akvokulturaya keçirilməsi antropogen təsirləri azaldacaq və Xəzərdə balıqların, nadir balıqların artırılmasına səbəb olacaq. Ölkədə tez yetişdirilən ağaclar salınır. Bu cür meşələrin salınması qida və ağac istehsalında önəmlidir. O cümlədən, sosial rifaha və kənd əhalisinə sosial imkanlarının yaradılmasına şərait yaradır. Hazırda nektar ağacları xüsusi olaraq əkilir ki, arıçılıq inkişaf etdirilsin".

M.Babayev qeyd edib ki, meşələrin yenidən salınması və qorunması mühüm əhəmiyyət daşıyır: "Bu istiqamətdə işlərə 10 il əvvəl FAO ilə birgə başlamışıq. Xüsusilə, Türkiyə ilə təcrübə mübadiləmiz meşə torpaqlarının yaxşı idarə edilməsinə gətirib çıxarıb".

Aytən Zəhra
Azvision.az

Teqlər: Muxtar-Babayev   ETSN   FAO