Sahir Məmmədxanov Tovuzda qəbul keçirəcək

  05 Dekabr 2019    Oxunub : 977
Sahir Məmmədxanov Tovuzda qəbul keçirəcək
Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov dekabrın 11-də Tovuz rayonunda fəaliyyət göstərən Vergiödəyicilərinə xidmət mərkəzində (ünvan: Abulbəyli kəndi, Nizami klubunun yanı) Tovuz, Şəmkir, Gədəbəy, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar dekabrın 5-9-da Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinə, Tovuz, Gədəbəy, QazaxAğstafa rayon vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin “[email protected]” elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Azvision.az

Teqlər: Vergi   Qəbul