Hacıqabulda əhaliyə pulsuz hüquqi yardım göstəriləcək

  11 Dekabr 2019    Oxunub : 1047
Hacıqabulda əhaliyə pulsuz hüquqi yardım göstəriləcək
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, silsilə tədbirlər çərçivəsində dekabrın 14-də saat 10:00-13:00-dək Bakı şəhəri 3 saylı Vəkil Bürosu tərəfindən Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasında Hacıqabul və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.

Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar müvafiq tədbirlər respublikanın digər regionlarında da müntəzəm olaraq təşkil olunacaq.

Azvision.az

Teqlər: VəkillərKollegiyası