“Böyrək xəstəliyi ən çox kişilərdə olur” - MÜSAHİBƏ

“Böyrək xəstəliyi ən çox kişilərdə olur”  - MÜSAHİBƏ
  17 Dekabr 2013    Oxunub:20949
Azərbaycanda böyrək xəstəlikləri getdikcə artır
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hemodializ labarotoriyasının müdiri, tibb elmləri doktoru İlham Həmidov Azərbaycanda böyrək çatışmazlığı xəstəliyinin yaranmasının səbəbləri və artım göstəriciləri barədə AzVision.az-a danışıb.

- Bu gün nefrologiyanın əsas sahələrindən biri olan xroniki böyrək çatışmazlığının müalicə prinsipləri var. İlk mərhələlərdə xroniki böyrək çatışmazlığında konservativ müalicə, növbəti mərhələlərdə hemodializ, daha sonra isə böyrək köçürülməsi prinsipi həyata keçirilir.

Xroniki böyrək çatışmazlığı geniş yayılmış xəstəlikdir. Hər milyon nəfərdən 200-250-si bundan əziyyət çəkir. Hazırda müalicə prinsiplərinə yanaşanda xroniki böyrək çatışmazlığı xəstəliyinin proflaktikası öndədir. İstər Avropa, istərsə də Dünya Nefroloqlar Konqresində də bu məsələ vurğulanır.

- Xroniki böyrək çatışmazlığının əmələ gəlmə səbəbləri nələrdir?



- İnfeksion, immun xəstəlikləri, ürək-damar xəsətlikləri, maddələr mübadiləsinin pozulması, irsi xəstəliklər, bizim respublika üçün xarakterik olan yaxın qohumların evlənməsi və bunun nəticəsində övladlarında əmələ gələn xəstəliklər, zob, sonradan daş və irsi xəstəliklər son nəticədə böyrəklərin funkisyasının pozulmasına gətirib çıxarır. Böyrəklər orqanizmdə ən mühüm funkisyaları - su-duz mübadiləsinin, turşu-qələvi, temperaturun tənzimlənməsi, hipertoniyanın tənzimlənməsi, qan anemiyasının tənzimlənməsi kimi funksiyaları həyata keçirir. Demək olar ki, əsas vacib orqanlara bütün sistemlərdə maddələr mübadiləsində iştirak edir.

Böyrəklərinin funkisyasının pozulması istər ürək–damar, qantörədici orqanlar sistemində, istər sümük–kalsium-fosfor mübadiləsi sistemində bu və ya digər vəziyyətdə özünü büruzə verir. Ona görə də, bu xəstəliklərin vaxtında aşkar olunması bir az çətinlik törədir. Çünki bu xəstəliklər müxtəlif ixtisaslı peşəkarlarda müalicə olunur. Yəni böyrək çatışmazlığı xəstəliyi poliorqan dəyişikliyi ilə gedir. Ona görə də, çox zaman terapevtlərdə, bəzən travmotoloqlarda və kardioloqlarda müalicə olunur . Və son nəticədə isə ağır vəziyyətdə nefroloqlara gəlib çıxır. Ona görə də, bayaq dediyim kimi, bu xəstəliklərin profilaktikası və dispanserizasiyası xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi üçün imkan verir. Gözlənilən konservativ müalicənin köməyi olmayandan sonra xəstələr hemodializə göndərilir.

- Bəs böyrək köçürməsi necə?

- Əgər xəstənin yaxşı donoru varsa, bu xəstələrdə transplantasiya əvəzedilməz müalicədir. Bütün dünyada bu xəstələr gözləmə siyahısındadır. Köçürmə prinsipi bir neçə formada aparılır. Amerikada, digər inkişaf etmiş ölkələrdə xəstələr 10-15 il gözləyir və hətta növbəsi çatmadan dünyasını dəyişənlər də olur. Ona görə, son zamanlar marginal donorlardan da istifadə olunur. Yəni cürbəcür xəstəlikləri olan insanlardan da böyrək götürülməsi prinsipi ortaya çıxır.



- Xəstəliyin artım göstəricisi necədir?

- Bu xəstələrin sayı hər il artır. Əgər biz 90- cı illərə nəzər salsaq, o zaman xroniki böyrək çatışmazlığı xəstəliyi 1 milyon əhali arasında 150-200 nəfərdə idisə, hazırda 200-250-dən adamda var.

- Bəs bir il ərzində təxminən nə qədər insan böyrək köçürmək üçün müraciət edir?

- Son iki ildə M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına 150 -yə qədər xəstə müraciət edib. Hərçənd ki, bunların içərisində donoru olmayan xəstələr də var. Hazırda gözləmə vərəqəsində olan 30- a qədər xəstəyə böyrək köçürülüb. Ancaq qan qohumlarından donor alan xəsətləri növbəyə götürmüşük.

- Kənar şəxslər köməklik göstərmək üçün meyilli olurmu?

- Bizdə hazırda bu haqda qanun qəbul edilməyib. Kənar şəxsin nə dərəcədə qohum olduğunu sübut etmək bir az çətin olur. Nə dərəcədə könüllü olacağı da mübahisəlidir. Bunu da təyin etmək qeyri-mümkündür. Hazırda bizə müraciət edənlər arasında ən çox qan qohumları var. Noyabr ayında biz 5 xəstəyə böyrək köçürmüşük.

- Daha çox hansı yaşda böyrək çatışmazlığına rast gəlinir?

- Daha çox 25-48 yaş arasında olan insanlar müraciət edir. Çünki xroniki hemodializdən müalicə olunan xəstələr bu yaş həddində daha çox üstünlük təşkil edirlər.

Uşaqlar arsında da bu xəstəlik yayılıb. 6 -11 yaşında uşaqlar olub ki, bu xəstəlikdən əziyyət çəkib. Xəsətlik daha şox kişilər arasında özünü biruzə verir.

- Əgər donor tapılarsa, əməliyyatlar pulsuz başa gəlir?

- Prezidentimizin və Səhiyyə Nazirliyinin təşəbbüsü ilə bizim xəstəxanada böyrək köçürmə əməliyyatı pulsuz həyata keçirilir. Cərrahiyə əməliyyatının aparılması, dərmanların təmini də ödənişsizdir.

- Texniki şərait və həkim kadrları baxımından durum Azərbaycanda qaneedicidirmi?

- Həkimlərimiz çox güclüdürlər. Elmi-texniki inkişaf da buna imkan veriri ki, bütün cərrahiyyə əməliyyatları həyata keçirilsin. Çətini xəstələrin mariflənməsidir. Çünki vaxtında əgər sığorta olunsa, yoxlansalar, bu, xəsətliklərin vaxtında aşkar olunmasına imkan verər. Çünki xəstələrin çoxu vaxtında müayinə olunmadığına görə xroniki böyrək çatışmazlığının son mərhələlərində cürbəcür fəsadlarla nefroloqlara gəlirlər. Ona görə də belə xəstəliklərin reablitasiyası çox çətin olur. Bunu xəsətəyə anlatmaq isə ondan da çətin olur. Deyirsən ki, “sənin böyrəklərin yaxşı işləmir, zəhərin içindəsən”, deyir “əşşi, düzələr”.

- Bəs xaricdən necə, donor böyrəkləri alınırmı?

- Xeyr, bu, heç ağlımıza da gəlmir. Çünki xaricdə o proses tamamilə əksinədir. Öz vətəndaşından başqa heç kimə orqan verilmir. Hətta İngiltərədə əgər sən xəstənin qohumu olduğunu deyirsənsə, o zaman uşaqlıq yaşından birgə olan şəkilləri tələb edirlər ki, görək düzdür, yoxsa yox. O dərəcədə ciddi yanaşırlar.

- Regionlarda necə bu cür əməliyyatların həyata keçirilməsi üçün şərait varmı?

- Hələlik bu cür əməliyyatlar Bakıda həyata keçirilir. Sonra yəqin ki, gənc nəsil həkimlər inkişaf etdikcə, regionlarda da olar.

- Ümumi götürəndə bu əməliyyatları bahalı hesab etmək olarmı?

- Hər bir xəstəxananın iş prinsipi var. Neçəyə başa gəlməsini xəstəxananın özü həll edir. Burada dəqiq demək olmaz ki, xəstənin böyrək köçürülməsi hansı hesabatla qurtaracaq. Onun cürbəcür fəsadları, xərcləri olur. Ümumi götürəndə ağır və bahalı əməliyyat hesab etmək olar.

Bir bədəndə kənar bir şəxsin orqanı yerləşdirilir. Bədən özü maqnit sahəsidir. Hər bir orqanın elektrik sahəsi var. Əgər böyrək qoyulubsa, o, özünü bədəndə bildirir. Biz ona elə dərmanlar vururuq ki, özünü biruzə verməsin. İstər-istməz şəxs hiss edir ki, onda kənar bir adamın orqanı yaşayır.

- Bu cür xəstələrin köçürmədən sonra uzun müddət yaşama şansı necədir?

- Əgər qan qohumudursa, bəli, ola bilər. Xəstənin maariflənməsindən çox şey asılıdır. Elə xəstə olur ki, alkoqol qəbul edir, siqaret cəkir, narkotika qəbul edir, bir sözlə, özünü xəstə hesab etmir. O zaman problemlər yaranır.


Şahanə RƏHİMLİ



Teqlər:  





Xəbər lenti