71 nəfərin deputatlığa namizədliyinin irəli sürülməsi təsdiqlənib

 71 nəfərin deputatlığa namizədliyinin irəli sürülməsi təsdiqlənib
  14 Dekabr 2019    Oxunub:2906
İndiyə qədər növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 268 nəfər müraciət edib.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib, 29 nəfərə isə imza vərəqələri verilib.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.

Azvision.az


Teqlər: Parlament   Seçki   MSK  





Xəbər lenti