Ədliyyə naziri Naftalanda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Naftalanda vətəndaşları qəbul edəcək
  16 Dekabr 2019    Oxunub:2286
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 20-də Naftalan şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Naftalan şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 1) keçiriləcək qəbulda Naftalan şəhərində, Goranboy və Tərtər rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Gəncə regional ədliyyə idarəsi (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonu: (022) 254-48-15,(022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Naftalan şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna Nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

Azvision.az



Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti