AQTA-nın 100-ə yaxın əməkdaşı işdən çıxarılıb

  29 Dekabr 2019    Oxunub : 3239
 AQTA-nın 100-ə yaxın əməkdaşı işdən çıxarılıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı gündən bu vaxta qədər 100-ə yaxın əməkdaş işinin öhdəsindən gəlmədiyinə görə vəzifəsindən azad olunub.
Azvision.az xəbər verir ki, bunu agentliyin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, neqativ hallarla bağlı agentlik Baş Prokurorluğa müraciət edib.

"Üç əməkdaşımızın qeyri-qanuni əməllərdə iştirak etməsi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb. Hazırda onlar öz cəzalarını çəkirlər. Bundan sonra da işində nöqsanlara yol verən şəxslər qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaqlar", -deyə AQTA sədri qeyd edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: AQTA